ABŞ Müdafiə Nazirliyi robotlardan istifadə edəcək


Digərləri 03 Dek 2019 08:51:00 194 0

ABŞ Müdafiə Nazirliyi robotlardan istifadə edəcək

ABŞ Müdafiə Nazirliyi "Cyborg Soldier 2050: Human/Machine Fusion and the Implications for the Future of the DOD" adlı hesabat təqdim edib.

Son.az ictnews.az-a istinadən bildirir ki, hərbçilərin fikrincə, ABŞ alimləri tərəfindən 2050-ci ilədək adi əsgəri yüksək döyüş keyfiyyətlərinə malik kibernetik orqanizmə (kiborq) çevirməyə imkan verən texnologiyalar hazırlanacaq. Pentaqon analitiklərinin qənaətinə görə, belə əsgərlər daha yaxşı görmə və eşitmə qabiliyyətinə, güclü əzələlərə, eləcə də telepatiya kimi yeni ünsiyyət vasitələrinə malik olacaqlar.

Hazırda ABŞ hərbiçiləri tərəfindən əks tərəfi qaranlıqda görmək üçün böyük və nisbətən ağır gecəgörmə eynəklərindən istifadə olunur. Bu problemi analoji imkanlara malik kontakt linzalar həll edə bilər. Onlar əsgərə daha vacib detalları göstərmək məqsədi daşıyan rəqəmli fokuslama və əlavə reallıq texnologiyaları ilə təchiz ediləcək. Həmçinin yorulmuş əzələləri tez bərpa etməyə imkan verən xüsusi qurğuların yaradılacağı istisna edilmir.

Rəqəmli telepatiya isə hərbçilərə döyüş meydanında sürətli məlumat mübadiləsinə şərait yaradacaq. Hesabat müəllifləri vurğulayır ki, texnoloji inkişaf templəri nəzərə alınmaqla bütün qeyd edilənlərə 30 ilə - təxminən 2050-ci ildə nail olmaq mümkündür.