Suriyada antiterror əməliyyatları zamanı 2 Türkiyə hərbçisi həlak olub


Dünya 03 Dek 2019 08:53:00 141 0

Suriyada antiterror əməliyyatları zamanı 2 Türkiyə hərbçisi həlak olub

Suriyada həyata keçirilən antiterror əməliyyatları zamanı Türkiyə ordusunun iki hərbçisi şəhid olub.

Son.az Trend-ə istinadən bildirir ki, hərbçilərədən biri terrorçular tərəfindən açılan atəş nəticəsində "Sülh bulağı" əməliyyatının keçirildiyi bölgədə, digəri isə "Pəncə-3" əməliyyatı ərazisində həlak olub.

Bundan əlavə, bir hərbçinin əməliyyat zamanı yaralandığı bildirib.