Elektron poçt ekologiyaya böyük zərər vurur


Digərləri 03 Dek 2019 08:21:00 141 0

Elektron poçt ekologiyaya böyük zərər vurur

Kağızdan istifadə etməyən elektron poçtun ətraf mühit üçün zərərsiz olması kimi təsəvvür yaransa da, amma energetika sahəsi ilə əlaqəli olan britaniyalı analitiklər bu iddia ilə razılaşmayıblar. Onların araşdırmasına görə, elektron poçt planetə avtomobil və təyyarələrdən daha böyük zərər vurur.

Son.az ictnews.az-a istinadən bildirir ki, elektron yazışmanı ekoloji cəhətdən təmiz adlandırmaq olardı, lakin mütəxəssislər serverlərin işləməsini təmin edən elektrik stansiyaları tərəfindən havaya buraxılan karbon qazının tullantısını planet üçün ciddi təhlükə hesab edirlər. Analitiklərin hesabatına əsasən, "Necədir?", "Çatdı?", "Təşəkkür", "Qəbul etdim" və sairə bu kimi mənasız mesajlar bəşəriyyətə daha çox zərər vurur.

"Əgər Böyük Britaniyanın hər bir sakini gündəlik ən azı bir belə mesajdan imtina etsəydi, onda bir il sonra atmosferə buraxılan karbon qazının tullantısını 16 min ton azaltmaq mümkün olardı" - analitiklər bildiriblər.