Ekspertlər: “5G” şəbəkəsinin geniş tətbiqi “DDoS” hücumlarının gücünü artıracaq”


Digərləri 03 Dek 2019 08:31:00 96 0

Ekspertlər: “5G” şəbəkəsinin geniş tətbiqi “DDoS” hücumlarının gücünü artıracaq”

Beşinci nəsil mobil rabitə şəbəkəsinin (5G) geniş tətbiqi son illər provayderlərin qarşılaşdığı ənənəvi hücumların sayını artıracaq. Bu barədə kibercinayətlərin təhqiqatı və qarşısının alınması ilə məşğul olan "Group-IB" şirkətinin hazırladığı "Hi-Tech Crime Trends" hesabatında deyilir.

Son.az ictnews.az-a istinadən bildirir ki, internetə qoşulmuş çoxlu qurğular və geniş buraxılış zolağı sayəsində "DDoS" hücumlarının gücü və tezliyi xeyli artacaq. "Trafikin yönləndirilməsi daha bir populyar fırıldaqçılıq növüdür. Ələ keçirilmiş qurğuları proksi serverlərinə çevirməklə cinayətkarlar IP ünvanları ilə bağlı insidentlər törədə bilərlər. "Əşyalar interneti" (IoT) qurğularının "5G" şəbəkələrinə qoşulması trafikin yönləndirilməsi üçün istifadə oluna biləcək təhlükəli qurğuların sayını əhəmiyyətli dərəcədə artıracaq. Müdaxilə edilmiş qurğular vasitəsilə populyar praktika olan zərərli proqramların yayılması da "5G" şəbəkələri inkişaf etdikcə genişlənəcək", - hesabatda qeyd olunur.

Bundan əlavə, "5G" şəbəkəsinin (1/2/3/4G rabitə nəsillərindən fərqli olaraq) arxitektura xüsusiyyətləri ondan ibarətdir ki, yeni texnologiyanın sürətliliyi və digər üstünlükləri daha çox avadanlıqlar sayəsində deyil, proqram platformaları vasitəsilə tətbiq edilir. Bu isə o deməkdir ki, server və proqram həlləri üçün bütün təhlükələr "5G" operatorları üçün aktuallaşır.