Yerevanda Qriboyedovun abidəsi təhqir edilib FOTO


Dünya 03 Dek 2019 08:22:00 128 0

Yerevanda Qriboyedovun abidəsi təhqir edilib  FOTO

Erməni radikal Şant Arutunyanın oğlu Şaqen Arutunyan Yerevanda Rusiya şairi və diplomatı Aleksandr Qriboyedovun abidəsini təhqir edib.

Son.az Trend-ə istinadən bildirir ki, Ş.Arytunyan təhqir etdiyi abidənin fotosunu öz "Facebook" hesabında paylaşıb.

Erməni radikalın oğlu fotonun altından yazıb: "Mən Rusiya İmperiyasının səfiri, yazıçı Qriboyedovun abidəsini Njdenin lövhəsinin boyadılmasına cavab olaraq qırmızı rəngə boyadım".