BMT TŞ Liviyada silah embarqosunun pozulmasına qarşı çıxıb


Dünya 03 Dek 2019 08:18:00 125 0

BMT TŞ Liviyada silah embarqosunun pozulmasına qarşı çıxıb

BMT Təhlükəsizlik Şurası bütün ölkələri Liviyadakı münaqişəyə müdaxilə etməməyə və ölkə üzrə tətbiq edilən silah embarqosunu pozmamağa çağırıb.

Son.az Trend-ə istinadən bildirir ki, bu barədə BMT Təhlükəsizlik Şurası ölkələrinin birgə bəyanatında deyilir.

Bəyanatda bildirilir: "BMT Təhlükəsizlik Şurası silah embarqosunun pozulmasına dair xəbərlərdən narahatlığını ifadə edir. Onlar bütün BMT-yə üzv ölkələri Təhlükəsizlik Şurasının 2011-ci il tarixli 1970 qətnaməsinə tam əməl etməyə çağırır".