Bakıda ikimərtəbəli ev çöküb


Digərləri 03 Dek 2019 08:02:00 147 0

Bakıda ikimərtəbəli ev çöküb

Bakının Sabunçu rayonunda ikimərtəbəli fərdi yaşayış evi çöküb.

Son.az APA-ya istinadən xəbər verir ki, hadisə Məmmədyarov küçəsi 30/17 ünvanında qeydə alınıb.

İlkin məlumata əsasən, bir nəfərin məskunlaşdığı ikimərtəbəli fərdi yaşayış evi tamamilə dağılıb. Hadisə zamanı ev sahibi evdə olmayıb. Nəticədə yaxınlıqda olan digər yaşayış evlərinə ziyan dəyib.