Kibermütəxəssislər ilin ən qorxulu tendensiyasını açıqlayıblar


Digərləri 03 Dek 2019 08:05:00 121 0

Kibermütəxəssislər ilin ən qorxulu tendensiyasını açıqlayıblar

Kiberhücumların qarşısının alınması üzrə ixtisaslaşmış beynəlxalq "Group-IB" şirkətinin mütəxəssisləri açıq hərbi əməliyyatlarda kibersilahdan istifadəni 2019-cu ilin ən qorxulu tendensiyası adlandırıblar. Bu haqda şirkətin Sinqapurda keçirilmiş "CyberCrimeCon" kibertəhlükəsizlik konfransında təqdim edilmiş hesabatında deyilir.

Son.az ictnews.az-a istinadən bildirir ki, "2017-ci il "WannaCry", "NotPetya" və "BadRabbit" kimi şifrləyici viruslar ili kimi, 2018-ci il "side-channel" tipi hücumlara və mikroprosessorlarda aşkar edilmiş boşluqlarla bağlı təhdidlərə zəif hazırlıqla yadda qalıb. Lakin 2019-cu il açıq hərbi kiberəməliyyatlar ili oldu" - "Group-IB" şirkətinin texniki direktoru Dmitri Volkov deyib.

O, dövlətlərarası münaqişələrin yeni forma aldığını və kiberfəaliyyətin bu qarşıdurmada aparıcı rol oynamağa başladığını bildirib. "Tədqiqatçıların diqqəti müxtəlif təşkilatlara hücum edərək pul qazanan maliyyə yönümlü haker qruplarından tədricən dövlət tərəfindən maliyyələşdirilən hakerlərə tərəf yönəlir" - Volkov deyib.