Fərdi kompüterlər üçün 64 nüvəli “AMD” prosessoru hazırlanır


Digərləri 03 Dek 2019 07:21:00 136 0

Fərdi kompüterlər üçün 64 nüvəli “AMD” prosessoru hazırlanır

"AMD" şirkəti masaüstü kompüterlər üçün 64 nüvəli "Threadripper 3990X" prosessorunun hazırlanması ilə bağlı məlumatı rəsmən təsdiq edib. Yeni qurğunun 2020-ci ildə buraxılacağı gözlənilir.

Son.az ictnews.az-a istinadən bildirir ki, çip 64 fiziki nüvəyə və 128 hesablama axınına malik olacaq. Bu, ikinci nəsil qabaqcıl "2990WX" modelindən iki dəfə çoxdur. "Threadripper 3990X" barədə digər informasiya, o cümlədən takt tezliyi barədə məlumat verilmir. Şirkət yeni qurğunun təqdimat tarixini və qiymətini bir müddət sonra açıqlamağı planlaşdırır.

Məlumata görə, 288 meqabaytlıq operativ yaddaşla təchiz ediləcək "Threadripper 3990X" prosessorunun enerji sərfiyyatı (TDP) 280 vatt təşkil edəcək. Bu isə o deməkdir ki, prosessor effektiv soyutma sisteminə ehtiyac duyacaq.