Pakistan SSRİ-yə olan borcunu Rusiyaya ödəyəcək


Dünya 03 Dek 2019 06:41:13 161 0

Pakistan SSRİ-yə olan borcunu Rusiyaya ödəyəcək

​Pakistan Rusiyaya SSRİ dövründən qalan borcunu qaytaracaq

Pakistan keçmiş SSRİ dövründən qalmış 93 milyon dollarlıq borcunun Rusiyaya qaytarılması barədə razılaşmanı imzalayıb.

"Report" xəbər verir ki, bu barədə RİA "Novosti" agentliyi bildirib.

Məlumata görə, sənədi Rusiyanın maliyyə nazirinin müavini Sergey Storçak və Pakistanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri Kazi Halilulla imzalayıblar.

Borc Pakistanla Sovet İttifaqı arasında 1980-ci illərdə keçirilən idxal-ixrac əməliyyatları çərçivəsində yaranıb. 80-ci illərdə SSRİ Pakistan şirkətlərindən parça, geyim və başqa materialları alırdı. İmperiyanın süquta uğramasından və hər iki ölkənin biznesində ticarət əlaqələrinin dağıdılmasından sonra qarşılıqlı iddialar həll edilməmiş qalıb. 2016 və 2017-ci illərdə aparılan danışıqlar nəticəsində tərəflər borcların ödənilməsi barədə razılığa gəliblər.