BMT TŞ Liviyada silah embarqosunun pozulmasına qarşı çıxıb


Digərləri 03 Dek 2019 04:27:00 137 0

BMT TŞ Liviyada silah embarqosunun pozulmasına qarşı çıxıb

BMT Təhlükəsizlik Şurası bütün ölkələri Liviyadakı münaqişəyə müdaxilə etməməyə və ölkə üzrə tətbiq edilən silah embarqosunu pozmamağa çağırıb

Bakı. BMT Təhlükəsizlik Şurası bütün ölkələri Liviyadakı münaqişəyə müdaxilə etməməyə və ölkə üzrə tətbiq edilən silah embarqosunu pozmamağa çağırıb. Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bu barədə BMT Təhlükəsizlik Şurası ölkələrinin birgə bəyanatında deyilir. Bəyanatda bildirilir: "BMT Təhlükəsizlik Şurası silah embarqosunun pozulmasına dair xəbərlərdən narahatlığını ifadə edir. Onlar bütün BMT-yə üzv ölkələri Təhlükəsizlik Şurasının 2011-ci il tarixli 1970 qətnaməsinə tam əməl etməyə çağırır".