Xalq rəssamı Kamil Nəcəfzadənin 90 illik yubiley sərgisi keçiriləcək


Digərləri 03 Dek 2019 03:47:00 51 0

Xalq rəssamı Kamil Nəcəfzadənin 90 illik yubiley sərgisi keçiriləcək

Sərginin açılışı dekabr ayının 20-də, saat 18:30-da Muzey Mərkəzində baş tutacaq.

Bakı. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə 2019-cu il dekabr ayının 20-dən 27-dək Xalq rəssamı Kamil Nəcəfzadənin 90 illik yubiley sərgisi keçiriləcək. Trend-in məlumatına görə, sərginin açılışı dekabr ayının 20-də, saat 18:30-da Muzey Mərkəzində baş tutacaq. Kamil Nəcəf oğlu Nəcəfzadə (29 dekabr 1929-cu il – 29 iyun 2011-ci il) Lənkəran şəhərində anadan olmuşdur. O, 1948-ci ildə Ə.Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbini bitirmişdir. Kamil Nəcəfzadə 1955-ci ildə Moskvada Ümumittifaq Dövlət Kinomatoqrafiya İnstitutunda təhsilini tamamlamış və C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında rəssam kimi çalışmışdır. Kamil Nəcəfzadə 40-a yaxın filmin quruluşçu rəssamı olmuşdur. O “Bir məhəlləli iki oğlan”, “Uzaq sahillərdə”, “Qara daşlar”, “Mən rəqs edəcəyəm”, “Bir cənub şəhərində”, “Səmt küləyi”, “Qaçaq Nəbi”, “Ad günü” filmlərinin quruluşçu rəssamı olmuşdur. Kamil Nəcəfzadə Azərbaycan teatr səhnəsində də fəaliyyət göstərmiş, H.Cavidin “Knyaz” (1964-cü il) və S.Vurğunun “Fərhad və Şirin” (1976) və s. əsərlərinə quruluş vermişdir. Rəssam səhnəqrafiya və kino filmlərin bədii tərtibatı ilə yanaşı, rəngkarlıq və qrafika nümunələri də yaratmışdır. Belə əsərlərdən “Əmək adamları”, “İlk traktor”, “Azərbaycan harayı”, “Yaylaqda səhər”, “Tarix bağışlamır”, “Çay kənarında”, “Əli Zeynalov”, “İmran Qasımov”, “Mahmud Esembayev” adlarını qeyd etmək olar. Kamil Nəcəfzadənin əsərləri Amerika, Böyük Britaniya, Yaponiya, Türkiyə, Çexoslovakiya, Almaniya, Fransa, Kanada, Monreal və başqa ölkələrin muzey və şəxsi kolleksiyalarda saxlanılır. O, 1986-cı ildə Vyetnamın Hanoy şəhərində fərdi sərgisinin açılışından sonra 29 əsərini Vyetnam xalqına hədiyyə etmişdir.
Tramp respublikaçıların impiçment üzrə məruzəsindən razı qalıb like
  • 03 Dek 03:41  
Dünya Tramp respublikaçıların impiçment üzrə məruzəsindən razı qalıb

​Tramp respublikaçıların impiçment üzrə məruzəsindən razı qalıb

arrow Ətraflı
ABŞ Fransanı 2,4 milyard dollarlıq məhsullara rüsum tətbiq edəcəyi ilə hədələyib like
  • 03 Dek 03:22  
Dünya ABŞ Fransanı 2,4 milyard dollarlıq məhsullara rüsum tətbiq edəcəyi ilə hədələyib

​ABŞ Fransanın 2,4 milyard dollarlıq mallarına rüsum tətbiq edə bilər

arrow Ətraflı
Suriyada antiterror əməliyyatları zamanı 2 türk hərbçisi həla olub like
  • 03 Dek 03:18  
Digərləri Suriyada antiterror əməliyyatları zamanı 2 türk hərbçisi həla olub

Suriyada həyata keçirilən antiterror əməliyyatları zamanı Türkiyə ordus

arrow Ətraflı
Bakıda "Ford" yanıb like
  • 03 Dek 02:44  
Digərləri Bakıda "Ford" yanıb

Bakı şəhərinin Yasamal rayonunda "Ford" markalı minik avtomobilinin mühər

arrow Ətraflı
Braziliyada prezidentə hücum etmək istəyən şəxs saxlanılıb like
  • 03 Dek 02:42  
Dünya Braziliyada prezidentə hücum etmək istəyən şəxs saxlanılıb

​Braziliyada prezidentə hücum etmək istəyən şəxs saxlanılıb

arrow Ətraflı
Türkiyə ordusunun antiterror əməliyyatında 2 əsgəri şəhid olub, 1 hərbçi yaralanıb like
  • 03 Dek 02:23  
Dünya Türkiyə ordusunun antiterror əməliyyatında 2 əsgəri şəhid olub, 1 hərbçi yaralanıb

​Türkiyə ordusunun 2 əsgəri şəhid olub, 1 hərbçi yaralanıb

arrow Ətraflı
Dekabr ayının mədəniyyət “Afişa”sı like
  • 03 Dek 02:22  
Digərləri Dekabr ayının mədəniyyət “Afişa”sı

Hər ayı müxtəlif sənət layihələri, festival və sərgilər, konsert proq

arrow Ətraflı
Yerevanda Qriboyedovun abidəsi təhqir edilib (FOTO) like
  • 03 Dek 02:03  
Digərləri Yerevanda Qriboyedovun abidəsi təhqir edilib (FOTO)

Erməni radikal Şant Arutunyanın oğlu Şaqen Arutunyan Yerevanda Rusiya şair

arrow Ətraflı
Bakıda minik avtomobili yanıb like
  • 03 Dek 01:40  
Digərləri Bakıda minik avtomobili yanıb

Bakı şəhərinin Yasamal rayonunda "Mercedes" markalı minik avtomobilinin mü

arrow Ətraflı
Aleksandr Qriboyedovun Yerevandakı abidəsi təhqir edilib - FOTO like
  • 03 Dek 01:32  
Dünya Aleksandr Qriboyedovun Yerevandakı abidəsi təhqir edilib - FOTO

​Qriboyedovun Yerevandakı abidəsi təhqir edilib

arrow Ətraflı
Tramp impiçment üzrə dinləmələrə hüquqşünaslarını göndərməyəcək like
  • 03 Dek 01:18  
Dünya Tramp impiçment üzrə dinləmələrə hüquqşünaslarını göndərməyəcək

​Tramp impiçment üzrə dinləmələrə hüquqşünaslarını göndərməyəc

arrow Ətraflı
X Çağırış Kubokunun qalibləri müəyyənləşib (FOTO) like
  • 03 Dek 01:11  
Digərləri X Çağırış Kubokunun qalibləri müəyyənləşib (FOTO)

Azərbaycan Gənclər Fondunun dəstəyi və “Xəzər İntellektual Gənclər

arrow Ətraflı
Messi altıncı dəfə "Qızıl top" mükafatını qazanıb like
  • 03 Dek 00:46  
Digərləri Messi altıncı dəfə "Qızıl top" mükafatını qazanıb

İspaniyanın "Barselona" klubunun argentinalı futbolçusu Lionel Messi altınc

arrow Ətraflı
Futzal üzrə “Payız turniri” keçiriləcək like
  • 03 Dek 00:41  
Digərləri Futzal üzrə “Payız turniri” keçiriləcək

Dekabrın 3-dən 5-dək eşitməqüsurlu əlillər arasında futzal üzrə ənə

arrow Ətraflı
Alisson ilin ən yaxşı qapıçısı adına layiq görülüb like
  • 03 Dek 00:24  
Digərləri Alisson ilin ən yaxşı qapıçısı adına layiq görülüb

"Liverpul" futbol klubunun braziliyalı qapıçısı Alisson Bekker "France Foot

arrow Ətraflı