Braziliyada prezidentə hücum etmək istəyən şəxs saxlanılıb


Dünya 03 Dek 2019 02:42:58 101 0

Braziliyada prezidentə hücum etmək istəyən şəxs saxlanılıb

​Braziliyada prezidentə hücum etmək istəyən şəxs saxlanılıb

Braziliya polisi ölkə prezidenti Jair Bolsonaruya hücum etməyəhazırlaşan şəxsi yaxalayıb.

"Report" RİA "Novosti"yə istinadən xəbər verirki, bu barədə hüquq-mühafizə orqanları bildirib.

Qeyd edilir ki, o, Bolsonarunun silahlı qüvvələrin çavuş hazırlayan məktəbinə səfəri zamanı saxlanılıb. Prezidentə hücum hazırlığında ittiham olunan şəxs bu müəssisədə işləyib.

Saxlanılan şəxsi 3 ildən 10 ilə qədər həbs cəzası gözləyir.