Aleksandr Qriboyedovun Yerevandakı abidəsi təhqir edilib - FOTO


Dünya 03 Dek 2019 01:32:03 145 0

Aleksandr Qriboyedovun Yerevandakı abidəsi təhqir edilib - FOTO

​Qriboyedovun Yerevandakı abidəsi təhqir edilib

Ermənistanın "Birləşmiş Milli Təşəbbüs" partiyasının sədri Şant Arutunyanın oğlu, millətçi kimi tanınan Şaqen Arutunyan Rusiya şairi və diplomatı Aleksandr QriboyedovunYerevandakıabidəsini təhqir edib.

"Report" xəbər verir ki, bu barədə Şaqen Arutunyan özünün "Facebook"dakı səhifəsində yazıb.

"Mən Njdenin xatirə lövhəsinin rənglənməsinə cavab olaraq Rusiya imperiyasının səfiri, yazıçı Qriboyedovun abidəsini rənglədim", - deyə o, sosial şəbəkədəki hesabında yazıb. Arutunyan üzərinə qırmızı rəng tökərək təhqir etdiyi abidənin fotosunu da "Facebook"da paylaşıb.

Ermənistan aidiyyəti orqanları millətçi gəncin bu hərəkətinə hər hansı reaksiya verməyiblər. Onun bu hərəkətinə görə cəzalanıb-cəzalandırılmayacağı barədəməlumat verilmir.

Şəkli yükləmək Şəklə tam ölçüdə baxmaq Arxiv şəklində yükləmək