Ən çirkli hava bu metrodadır ARAŞDIRMA


Digərləri 02 Dek 2019 21:40:00 115 0

Ən çirkli hava bu metrodadır  ARAŞDIRMA

London metrosundakı hava bütün dünyada ən çirkli hesab olunur.

Son.az medicina.az-a istinadən bildirir ki, bu barədə "The Times" qəzeti yazıb. Britaniya metropolitenində havanın çirklilik səviyyəsi şəhərdəkini 15 dəfə üstələyir. Kral kollecinin tədqiqatçıları qeyd edirlər ki, "Viktoriya" və "Şimali" xəttlərdəki situasiya digərlərindən daha acınacaqlıdır.

"TASS" yazır ki, London metrosunun bəzi xəttlərində insan sağlamlığı üçün zərərli olan kiçik hissəciklərin konsenstrasiyası Barselona, Los-Anceles, Nyu-York, Pekin, Seul və Sidney metropolitenlərindəkindən daha yüksəkdir.