Qaxda 30 yaşlı qadın itkin düşüb - FOTO


Sosial 02 Dek 2019 21:24:13 392 0

Qaxda 30 yaşlı qadın itkin düşüb - FOTO

​Qaxda 30 yaşlı qadın itkin düşüb

Qax şəhər Üzeyir Hacıbəyov küçəsində yaşayan 1989-cu il təvəllüdlü Bahar Fidayıl qızı Cəmilova evdən çıxıb və geri qayıtmayıb.

Bu barədə "Report"un Şimal-qərb bürosuna, B.Cəmilovanın həyat yoldaşı Şəmil Cəmilov məlumat verib.

Onun sözlərinə görə, həyat yoldaşı bugün günorta saatlarında ikinci sinifdə oxuyan övladını məktəbdən gətirmək üçün evdən çıxıb və geri qayıtmayıb. Anasının gəlmədiyini görən övladı isə məktəbdən özü evə gəlib.

B.Cəmilova evdən çıxarkən əynində yaşıl rəngli gödəkcə, ayağında isə idman ayaqqabısı olub.

Yaxınları B.Cəmilovanın itkin düşməsi ilə bağlı Qax Rayon Polis Şöbəsinə müraciət ediblər.