2 "Jiquli"dən geriyə heç nə qalmadı


Digərləri 02 Dek 2019 20:54:00 183 0

2 "Jiquli"dən geriyə heç nə qalmadı

Ağstafada yol-nəqliyyat hadisəsi baş verib.

Son.az APA-ya istinadən bildirir ki, "VAZ" markalı iki minik avtomobilinin toqquşması nəticəsində 4 nəfər xəsarət alıb.

Ağstafada baş verən yol nəqliyyat hadisəsi nəticəsində xəsarət alan şəxslərin kimliyi müəyyənləşib.

Onlar 2005-ci il təvəllüdlü Almməmədli Rəvan Nadir oğlu, 1984-cü il təvəllüdlü Nuriyeva Aytən Süleyman qızı, 1993-cü il təvəllüdlü Əlizadə Əli Yuri oğlu, 1999-cu il təvəllüdlü Məmmədova Tahirə Zülfüqar qızı və 1998-ci il təvəllüdlü Əliyeva Samirə Abdüləli qızıdır.