İlahiyyat İnstitutunun heyəti şahmat turnirinin qalibi olub (FOTO)


Digərləri 02 Dek 2019 20:12:34 148 0

İlahiyyat İnstitutunun heyəti şahmat turnirinin qalibi olub (FOTO)

YAP Yasamal rayon təşkilatı ərazi ilk partiya təşkilatları arasında futbol, şahmat və həndbol çempionatları keçirib.

Bakı. Bakı Dövlət Universitetinin (BDU) 100 illik yubileyi münasibətilə YAP Yasamal rayon təşkilatı ərazi ilk partiya təşkilatları arasında futbol, şahmat və həndbol çempionatları keçirib. Azərbaycan İlahiyyat İnstitutundan (Aİİ) Trend-ə verilən məlumata görə, Aİİ heyəti şahmat turnirində birinci yerin qalibi olub. Qalib komandalar Bakı Dövlət Universitetində (BDU) keçirilən tədbirdə kubok və medallarla mükafatlandırılıb. Qeyd edək ki, bu il BDU-nun 100 illik yubileyi münasibətilə Prezident cənab İlham Əliyev “Bakı Dövlət Universitetinin 100 illik yubileyinin keçirilməsi haqqında” 2017-ci il 14 noyabr tarixli Sərəncam imzalayıb. Nazirlər Kabinetinin 2018-ci il 21 may tarixli Qərarı ilə yubileyin Tədbirlər Planı təsdiq edilib. Bu istiqamətdə ölkəmizdə və onun hüdudlarından kənarda silsilə tədbirlər həyata keçirilib.