Kapital Bank beynəlxalq “DevDay in Baku’19” tədbirini təşkil edib (FOTO)


Digərləri 02 Dek 2019 20:18:25 114 0

Kapital Bank beynəlxalq “DevDay in Baku’19” tədbirini təşkil edib (FOTO)

Kapital Bank İT mütəxəssislərinin iştirak etdiyi beynəlxalq “DevDay in Baku’19” tədbirini təşkil edib.

Bakı. Kapital Bank İT mütəxəssislərinin iştirak etdiyi beynəlxalq “DevDay in Baku’19” tədbirini təşkil edib. Bankdan Trend-ə verilən məlumata görə, layihə İT sahəsində dünya nəhəngi olan IBM şirkəti ilə birgə keçirilib. Tədbirə müxtəlif şirkətləri təmsil edən yüzlərlə dinləyici iştirak edib. Foruma Kapital Bank-ın İdarə Heyəti sədrinin müavini, Baş İnformasiya İnzibatçısı Nahid Zeynalov qatılıb. Həmçinin, İnformasiya sistemlərinin inkişafı departamentinin direktoru Fərid Səmədov da spiker qismində çıxış edib və təcrübəsi ilə bölüşüb. Tədbir proqram təminatı üzrə mütəxəssisləri, proqram mühəndisləri, UI/UX dizaynerləri və informasiya texnologiyaları üzrə digər mütəxəssisləri bir araya gətirib. Dünyanın müxtəlif ölkələrindən dəvət olunan ekspertlər iştirakçılarla öz təcrübələri ilə bölüşüb, həyata keçirdikləri layihələrlə bağlı biliklərini paylaşıblar. Ekspertlər Azərbaycanın, Birləşmiş Krallığın, Almaniyanın, Koreyanın, Rusiyanın və digər ölkələrin şirkətlərini təmsil ediblər və bu sahədə intensiv təcrübəyə malikdirlər. Əsas sessiyalardan əlavə olaraq, iştirakçılar “Development”, “Microservices” və “Product Design” adlı sessiya istiqamətlərindən birini seçərək təqdimatlara qatıla biliblər.