İranda qripdən ölənlərin sayı 56 nəfərə çatıb


Dünya 02 Dek 2019 19:29:00 118 0

İranda qripdən ölənlərin sayı 56 nəfərə çatıb

"İranda qrip yayıldığı gündən bəri (təxminən son iki ayda) 56 nəfər dünyasını dəyişib".

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu İranın səhiyyə nazirinin müavini Əlirza Rəisi deyib.

Ə.Rəisinin sözlərinə görə, ötən bir həftə ərzində qrip nəticəsində 19 nəfər həlak olub.

O, əlavə edib ki, İranda H1N1 və H3N2 virusları nəticəsində öncəki həftəyədək 37 nəfər dünyasını dəyişmişdi.