Gələn il üçün bayramlarla bağlı sərəncam imzalanıb
Digərləri 02 Dek 2019 19:11:00 121 0
Baş Nazir Əli Əsədov 2020-ci il üçün Novruz, Ramazan və Qurban bayramları günlərinin müəyyən edilməsi haqqında Sərəncam imzalayıb.
Bakı.
Baş Nazir Əli Əsədov 2020-ci il üçün Novruz, Ramazan və Qurban bayramları günlərinin müəyyən edilməsi haqqında Sərəncam imzalayıb.
Nazirlər Kabinetinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, sərəncamda deyilir ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 105-ci maddəsinin 4-cü hissəsinə və “Azərbaycan Respublikasının Əmək Məcəlləsinə dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2006-cı il 8 dekabr tarixli 194-IIIQD nömrəli Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 18 dekabr tarixli 489 nömrəli Fərmanının 2-ci hissəsinə əsasən 2020-ci il martın 20, 21, 22, 23, 24-ü Novruz bayramı, mayın 24, 25-i Ramazan bayramı, iyulun 31-i, avqustun 1-i Qurban bayramı günləri müəyyən edilsin. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 105-ci maddəsinin 2-ci hissəsinə əsasən bu Sərəncamda nəzərdə tutulan günlər iş günü hesab edilmir.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin
Mənbə: az.trend.az