Mərakeşdə FACİƏ: 17 nəfər ölüb, 36 nəfər yaralanıb


Dünya 02 Dek 2019 19:09:00 138 0

Mərakeşdə FACİƏ: 17 nəfər ölüb, 36 nəfər yaralanıb

Mərakeşdə ölümlə nəticələnən yol qəzası baş verib.

Son.az APA-ya istinadən xəbər verir ki, yol qəzası ölkənin şimalında, Taza şəhərinin yaxınlığında qeydə alınıb.

Hərəkətdə olan avtobusun sürücüsü idarəetməni itirib, avtobus yoldan çıxaraq aşıb.

Qəza nəticəsində 17 nəfər ölüb, 36 nəfər xəsarət alıb.