Ağstafada yol qəzası baş verib, 5 nəfər xəsarət alıb


Sosial 02 Dek 2019 18:57:12 174 0

Ağstafada yol qəzası baş verib, 5 nəfər xəsarət alıb

Ağstafa rayonunda yol qəzası baş verib.

© Report

Ağstafa rayonunda yol qəzası baş verib.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, hadisə rayonun Dağ Kəsəmən kəndi ərazisində qeydə alınıb.

Belə ki, iki avtomobil toqquşub. Nəticədə 5 nəfər Qazax rayon sakinləri, Alməmmədli Rəvan (2005), Aytən Nuriyeva (1984), Məmmədova Tahirə (1999), Ağstafa rayon sakinləri,Əlizadə Əli (1993) və Əliyeva Samirə (1998)müxtəlif dərəcəli bədən xəsarətləri iləxəstəxanaya yerləşdirilib. Onlarınvəziyyətinin qənaətbəxş olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.