Sahil Babayev Abşeron rayonunda, müavinləri Xızı rayonunda və Sumqayıt şəhərində vətəndaşlarla görüşəcəklər


Digərləri 02 Dek 2019 18:50:00 98 0

Sahil Babayev Abşeron rayonunda, müavinləri Xızı rayonunda və Sumqayıt şəhərində vətəndaşlarla görüşəcəklər

Dekabrın 13-də Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev Abşeron rayonunda vətəndaşları fərdi qaydada qəbul edəcək.

Bakı. Dekabrın 13-də Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev Abşeron rayonunda vətəndaşları fərdi qaydada qəbul edəcək. Trend-in məlumatına görə, həmin gün Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Anar Kərimov Xızı rayonunda və Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Mətin Kərimli Sumqayıt şəhərində vətəndaşlarla görüşəcəklər. Vətəndaşların Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin səlahiyyət dairəsinə aid məsələlərə (əmək hüquqlarının müdafiəsi, sosial təminat növlərinə hüququn müəyyən edilməsi, tibbi-sosial ekspertiza və reabilitasiya, aktiv məşğulluq tədbirlərinə cəlb edilmə və s.) dair müraciətləri cavablandırılacaq, müraciətlərdə əksini tapan məsələlərin həlli ilə əlaqədar tədbirlər görüləcək.