Beynəlxalq Əlilliyi olan Şəxslər gününə həsr olunmuş "DOSTtalks" tәdbiri keçirilib (FOTO)


Digərləri 02 Dek 2019 18:35:00 124 0

Beynəlxalq Əlilliyi olan Şəxslər gününə həsr olunmuş "DOSTtalks" tәdbiri keçirilib (FOTO)

Bakı Konqres Mərkəzində 3 Dekabr - Beynəlxalq Əlilliyi olan Şəxslər Gününə həsr olunmuş “DOSTtalks” adlı tədbir keçirilib.

Bakı. Bakı Konqres Mərkəzində 3 Dekabr - Beynəlxalq Əlilliyi olan Şəxslər Gününə həsr olunmuş “DOSTtalks” adlı tədbir keçirilib. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Trend-ə verilən məlumata görə, nazirliyin tabeliyində olan DOST Agentliyinin təşkilatçılığı və Bakı Konqres Mərkəzinin dəstəyi ilə keçirilən tədbirdə müxtəlif qurumlar, o cümlədən dövlət və qeyri-hökumət təşkilatlarının nümayəndələri, ictimai-siyasi şəxslər iştirak ediblər. DOST Agentliyinin təşkil etdiyi tədbirin açılışında Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Anar Əliyev bildirib ki, Prezident cənab İlham Əliyevin uğurlu sosial siyasətinə uyğun olaraq, həssas qruplardan olan vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi istiqamətində aparılan işləri diqqətə çatdırıb. O, sosial sahədə mühüm nailiyyətlərdən olan DOST layihəsinin dövlət sosial xidmətlərinin innovativ həllərin tətbiqi üzərində, vahid platformadan, “bir pəncərə”dən, tam şəffaf və operativ, vətəndaş rahatlığı və nəzakətlilik prinsipi və sadə prosedurlar əsasında təqdim olunmasına imkan verdiyini vurğulayıb. A.Əliyev əlilliyi olan şəxslərin sosial müdafiəsi, tibbi-sosial reabilitasiyası sahəsində həyata keçirilən tədbirlərdən bəhs edib. Nazir müavini “DOSTtalks” adlı tədbirin önəmini qeyd edib. Bildirib ki, bu cür tədbirlərin keçirilməsi əlilliyi olan şəxslərin cəmiyyətə inteqrasiyasına və bu sahədə onların motivasiyasının, özünəinam hissinin artırılmasına, bacarıqlarının üzə çıxarılmasına, digər tərəfdən asudə vaxtlarının səmərəli keçməsinə dəstək məqsədi daşıyır. Millət vəkili Qənirə Paşayeva Prezident cənab İlham Əliyevin uğurlu siyasətinin mərkəzində vətəndaş amilinin dayandığını vurğulayıb. O, qeyd edib ki, dövlət başçısının tapşırığına uyğun olaraq, sosial cəhətdən həssas qruplarla bağlı sosial proqramlar geniş miqyas alıb. Bu cür tədbirlərin əlilliyi olan şəxslərə böyük stimul verdiyini diqqətə çatdıran Q.Paşayeva “DOSTtalks”un təşkilində əməyi olan insanlara təşəkkür edib.