Bakıda hündürmərtəbəli binanın dam örtüyü yerindən qopub


Digərləri 02 Dek 2019 17:44:00 95 0

Bakıda hündürmərtəbəli binanın dam örtüyü yerindən qopub

Bakıda hündürmərtəbəli binanın dam örtüyü yerindən qopub.

Fövqəladə Hallar Nazirliyindən (FHN) Son.az-a verilən xəbərə görə, nazirliyin "112" qaynar telefon xəttinə, Bakı şəhərinin Yasamal rayonunda altımərtəbəli inzibati binanın dam örtüyünün bir hissəsinin yerindən qoparaq asılı vəziyyətdə qalması barədə məlumat daxil olub.

Ərazidən keçən insanların təhlükəsizliyinin təmin edilməsi məqsədilə Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri çağırış ünvanına cəlb olunub.

Xilasedicilər qopan hissəni yerinə bərkidib və müvafiq təhlükəsizlik tədbirləri həyata keçiriblər.