İdarə rəisi: "Etibarnamələrlə bağlı elektron qaydada sorğunun qəbul olunması cəmi 5 dəqiqə çəkir"


Sosial 02 Dek 2019 17:12:32 102 0

İdarə rəisi: "Etibarnamələrlə bağlı elektron qaydada sorğunun qəbul olunması cəmi 5 dəqiqə çəkir"

"Etibarnamələrin elektron qaydada verilməsi sisteminə&peşəkar hüquqşünaslar nəzarət edir"

"Etibarnamələrin elektron qaydada verilməsi sisteminəpeşəkar hüquqşünaslar nəzarət edir"

"Report" xəbər verir ki, bunu etibarnamələrin elektron qaydada verilməsi sistemi ilə bağlı keçirilən mətbuat konfransında Ədliyyə Nazirliyininİnformasiya-kommunikasiya texnologiyaları idarəsinin rəisiAğakərim Səmədzadə deyib.

Onun sözlərinə görə, etibarnamələrlə bağlı elektron qaydada sorğunun qəbul olunması cəmi 5 dəqiqə çəkir: "Bizim komandalarımız çox sıx işlədi və belə bir xidməti ortaya çıxarıldı.Həftənin 7 günü 24 saat notariusların göstərdiyi avtomobillərə elektron etibarnamə verilməsi xidmətindən yararlanmaq olacaq".

Qeyd edək ki,“myGov” platforması üzərindən məkandan asılı olmayaraq həftənin bütün günləri 24 saat ərzində, notariat ofisinə müraciət etmədən nəqliyyat vasitələrinin idarəolunmasına dair etibarnamələrin elektron rəsmiləşdirilməsi imkanı yaradılıb. Bu,Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinintabeliyində olanElektron Hökumətin İnkişafı Mərkəzi və Ədliyyə Nazirliyinin əməkdaşlığı nəticəsində reallaşdırılıb.