Bakıda idman müəllimi küçənin ortasında bıçaqlandı


Kriminal 02 Dek 2019 17:19:00 135 0

Bakıda idman müəllimi küçənin ortasında bıçaqlandı

Bakıda gənc oğlan bıçaqlanıb.

Son.az Trend-ə istinadən xəbər verir ki, hadisə paytaxtın Xətai rayonu ərazisində baş verib.

Bakı şəhər sakini, Suraxanı rayonu 131 saylı orta məktəbin idman müəllimi, 1996-cı il təvəllüdlü Əhmədov Çingiz Vaqif oğlu gecə saatlarında Xətai rayonu, Babək prospekti 23/47 ünvanında tanımadığı şəxs tərəfindən bıçaqlanıb.

Yaralı 3 saylı şəhər Klinik Xəstəxanasına çatdırılıb.

Faktla bağlı cinayət işi başlanıb.