Əl Cəzirə TV Azərbaycanla bağlı filmlərin yayımına başlayıb - VİDEO


Digərləri 02 Dek 2019 16:51:59 120 0

Əl Cəzirə TV Azərbaycanla bağlı filmlərin yayımına başlayıb - VİDEO

Əl Cəzirə Media Şəbəkəsinin Beynəlxalq Avrasiya Mətbuat Fondu ilə birlikdə hazırladığı Azərbaycana həsr edilmiş sənədli filmlərin Əl Cəzirə “Musafir” proqramında yayımına başlanılıb.

Əl Cəzirə Media Şəbəkəsinin Beynəlxalq Avrasiya Mətbuat Fondu ilə birlikdə hazırladığı Azərbaycana həsr edilmiş sənədli filmlərin Əl Cəzirə “Musafir” proqramında yayımına başlanılıb.

"Report" xəbər verir ki,filmlər Azərbaycanın zəngin tarixi, mədəniyyəti, əsrarəngiz təbiəti, insanların qədim ənənələri, yaşam tərzini, turizm potensialını ərəb dünyasına çatdırmaq məqsədi daşıyır.

Hər biri 25 dəqiqədən ibarət olan 5 film Bakı və Naxçıvan şəhərləri daxil olmaqla, Azərbaycanın əksər regionlarını əhatə edir.

20 iyun-12 iyul tarixlərində Azərbaycanda səfərdə olan Əl Cəzirə Musafir proqramının çəkiliş heyəti Beynəlxalq Avrasiya Mətbuat Fondunun əməkdaşlarının yardımı və texniki dəstəyi ilə ölkəmizin gəzməli, görməli yerlərini, milli mətbəxini, tarixi irsini, folklorunu, musiqisini lentə alıb. Artıq Bakı ilə bağlı ilk film ərəb dünyasına təqdim edilib.

Filmlər hər şənbə günündən ardıcıl olaraq Əl Cəzirə “Musafir” proqramı vasitəsi ilə göstərilməklə bütün beş həftə ərzində hər gün nümayiş etdiriləcək.

BAMF-ın prezidenti Umud Mirzəyev ölkəmizin ərəb dünyasında təqdim edilməsi və tanıdılması baxımından filmlərin xüsusi əhəmiyyətini qeyd edib: “Ümumilikdə filmlər ölkəmiz haqda mükəmməl təəssürat yaradır və misilsiz kadrlara malikdir. Bu vaxtadək İspaniya, Hollandiya, Malaziya, Vyetnam və digər ölkələrdə çəkilişlər aparın Əl Cəzirə “Musafir”in bu peşəkar komandası ilə birlikdə işləmək və ölkəmizi təqdim etməkdən böyük qürur duyuruq. Film yüksək peşəkar komandanın və ən son imkanlara malik avadanlıqların istifadəsi ilə ölkəmizi ətraflı, əhatəli dünyaya təqdim edən ilk beynəlxalq sənədli filmdir desəm bəlkə də yanılmaram.Bu layihənin meydana gəlməsində Əl Cəzirə Media Şəbəkəsinin baş direktoru, dostumuz Mustafa Souj, İbrahim Hamdan və Sami Əl Haccın xidmətlərini xüsusi qeyd etmək istərdim. Ekran əsərinin təqdimatı planlaşdırılır və azərbaycancaya tərcümə olunaraq ölkə ictimaiyyətinə təqdim ediləcək".

Əl Cəzirə Musafir proqramının məşhur aparıcısı Hazim Abuvaftanın və baş prodüsser Ziyad Calalın təqdimatı ilə hazırlanan filmin çəkiliş üzrə direktoru Nikolas Libersaledir.