Bakıda güclü külək ağacları maşınların üzərinə aşırdı


Digərləri 02 Dek 2019 16:57:00 169 0

Bakıda güclü külək ağacları maşınların üzərinə aşırdı

"Bu gün Bakıda əsən güclü külək nəticəsində səkkiz ağac aşıb".

Son.az xəbər verir ki, bunu oxu.az-a açıqlamasında Bakı Şəhər İcra Hakimiyyətinin Yaşıllaşdırma Təsərrüfatı Birliyinin Bitkilərin mühafizəsi şöbəsinin rəisi Orxan Məmmədov bildirib.

Onun sözlərinə görə, ağacların aşması nəticəsində iki maşına ziyan dəyib:

"Xoşbəxtlikdən xəsarət alan olmayıb. Ağacların aşma halları paytaxtın Yasamal, Nəsimi, Nərimanov və Sabunçu rayonlarında daha çox müşahidə olunub".