İran Azərbaycana ticarət attaşesi göndərəcək


Digərləri 02 Dek 2019 16:52:00 114 0

İran Azərbaycana ticarət attaşesi göndərəcək

Vəsait təmin olunduğu halda, İran Azərbaycan və bir sıra ölkələrə ticarət attaşesi göndərəcək.

Bakı. Elnur Bağışov - Vəsait təmin olunduğu halda, İran Azərbaycan və bir sıra ölkələrə ticarət attaşesi göndərəcək. Trend-in məlumatına görə, bunu İranın Ticarət İnkişafı Təşkilatının sədri və İranın sənaye, mədən və ticarət nazirinin müavini Həmid Zadbum deyib. İndiyədək 5 ölkəyə ticarət attaşesinin göndərildiyini bildirən H.Zadbumun sözlərinə görə, Azərbaycan, Rusiya, Hindistan, Çin, İraqın kürd muxtariyyəti və Omana ticarət attaşelərinin göndərilməsi prioritet təşkil edir. Nazir müavini ticarət attaşelərinin sayının artırılmasının büdcədə nəzərdə tutulduğunu, lakin indiyədək vəsaitin təmin olunmadığını deyib.