25-ci “Bakutel” sərgisinə həsr olunan mətbuat konfransı keçirilib (FOTO)


Digərləri 02 Dek 2019 16:57:00 152 0

25-ci “Bakutel” sərgisinə həsr olunan mətbuat konfransı keçirilib (FOTO)

3-6 dekabr tarixlərində “Bakutel” 25-ci Yubiley Beynəlxalq Telekommunikasiya, İnnovasiya və Yüksək Texnologiyalar Sərgisi təşkil olunacaq.

Bakı. 3-6 dekabr tarixlərində “Bakutel” 25-ci Yubiley Beynəlxalq Telekommunikasiya, İnnovasiya və Yüksək Texnologiyalar Sərgisi təşkil olunacaq. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən Trend-ə verilən məlumata görə, bu gün tədbirlə bağlı mətbuat konfransı keçirilib. Sərgi Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Beynəlxalq Telekommunikasiya İttifaqı, Regional Rabitə Birliyi, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) və Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) tərəfindən dəstəklənir. Sərginin təşkilatçısı qismində “Caspian Event Organisers” şirkəti çıxış edir. Tədbirin baş sponsoru “Azercell” şirkətidir. Sərginin sponsoru qismində İsveçrənin “Mitto” şirkəti də çıxış edir. Mətbuat konfransında Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirinin müavini Elmir Vəlizadə “Bakutel” sərgisinin ildən-ilə əhəmiyyətinin və iştirakçıların sayının artdığını, yubiley sərgisinə 23 ölkədən 238 şirkətin qatılacağını deyib. Nazir müavini qeyd edib ki, ölkəmizin İKT sahəsini tərənnüm etdirən, dünyaya çatdıran “Bakutel 2019” sərgisi bu sahədə regionun ən önəmli tədbirlərindəndir. Sərgidə 25 il ərzində 50 ölkədən 3 min şirkət təmsil olunub və 160 min ziyarətçi iştirak edib.