Qaradağda 2 mərtəbəli ev yanıb


Digərləri 02 Dek 2019 16:48:00 141 0

Qaradağda 2 mərtəbəli ev yanıb

Bakının Qaradağ rayonunda ümumi sahəsi 390 kv.m olan 2 mərtəbəli ev yanıb.

Bakı. Bakının Qaradağ rayonunda ümumi sahəsi 390 kv.m olan 2 mərtəbəli ev yanıb. Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, evin dam örtüyünün taxta atmaları 195 kv.m sahədə, 2-ci mərtəbəsində 1 otağın yanar konstruksiyaları və içərisindəki əşyalar 28 kv.m sahədə yanıb. Yüksək temperaturdan evin mətbəxinin lambirindən ibarət tavanı 16 kv.m sahədə əriyib.