İdlibin bombalanması nəticəsində ölənlərin sayı 14-ə çatıb, 27 nəfər yaralanıb - YENİLƏNİB


Dünya 02 Dek 2019 16:18:00 134 0

İdlibin bombalanması nəticəsində ölənlərin sayı 14-ə çatıb, 27 nəfər yaralanıb - YENİLƏNİB

Suriyadakı rejimin başçısı Bəşşar Əsədə aid hərbçilərin İdlib şəhərindəki bazarı bombalaması nəticəsində 11 dinc sakin ölüb, 20-dən çox mülki şəxs yaralanıb.

Suriyadakı rejimin başçısı Bəşşar Əsədə aid hərbçilərin İdlib şəhərindəki bazarı bombalaması nəticəsində ölən dinc sakinlərin sayı 14-ə, yaralananların sayı isə 27 nəfərə çatıb.

“Report” “Hurriyet”ə istinadən xəbər verir ki, məlumatı Türkiyə Müdafiə Nazirliyi yayıb.

Bildirilib ki, Bəşşar Əsədə aid hərbçilər İdlibin cənubundakı Marratinnuman və Serakib rayonları, Hülübbe, Ruffa, Sırman, Kenais, Tel Krisian və Berse kəndlərinə havadan hücum edib.

*** 13:48

Suriyadakı rejimin başçısı Bəşşar Əsədə aid hərbçilərin İdlib şəhərindəki bazarı bombalaması nəticəsində 11 dinc sakin ölüb, 20-dən çox mülki şəxs yaralanıb.

“Report” xəbər verir ki, məlumatı “Sabah” yayıb.

Qeyd edək ki, İdlibin təhlükəsizliyinə Rusiya və İran zəmanət verib.