Sürücülərin nəzərinə Bu avtomobillər kamera ilə sizi çəkir


Digərləri 02 Dek 2019 15:05:00 112 0

Sürücülərin nəzərinə  Bu avtomobillər kamera ilə sizi çəkir

Bakıda eyni operativ nəqliyyat vasitələri xidmətə başlayıb.

Son.az news24.az-a istinadən xəbər verir ki, Bakı Nəqliyyat Agentliyinin istifadəyə verdiyi SEAT markalı bu avtomobillərin üzərinə bir neçə xüsusi kamera quraşdırılıb. Avtomobillər əsasən Heydər Əliyev prospektində dayanma-durma qaydalarını pozan maşınların fotolarının çəkilərək elektron protokolların tərtib edilməsi məqsədilə fəaliyyət göstərir. Yaxın vaxtlarda bu avtomobillərin bütün Bakı ərazisində qaydaları pozan sürücüləri cərimələməyə başlayacağı gözlənilir.