SOCAR küləklə əlaqədar dənizdən 420 işçisini təxliyə edib


Digərləri 02 Dek 2019 14:53:00 105 0

SOCAR küləklə əlaqədar dənizdən 420 işçisini təxliyə edib

Ölkə ərazisində hava şəraitinin kəskinləşməsi ilə bağlı SOCAR 420 nəfər işçisini dənizdə yerləşən obyektlərdən sahilə təxliyə edib.

Bakı. Anastasiya Savçenko - Ölkə ərazisində hava şəraitinin kəskinləşməsi ilə bağlı SOCAR 420 nəfər işçisini dənizdə yerləşən obyektlərdən sahilə təxliyə edib. SOCAR-ın İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov Trend-ə bildirib ki, təxliyə prosesinin təşkilində şirkət lazımı təhlükəsizlik tədbirlərini təmin edib. Hava şəraiti normallaşandan sonra şirkət əməkdaşları iş yerlərinə qaytarılacaq.