Salih Yılmaz: "TANAP Azərbaycan qazının Türkiyə və Avropaya nəqli üçün böyük imkanlar açacaq"


Digərləri 02 Dek 2019 14:28:00 160 0

Salih Yılmaz: "TANAP Azərbaycan qazının Türkiyə və Avropaya nəqli üçün böyük imkanlar açacaq"

Trans-Anadolu qaz kəmərinin (TANAP) işə salınması Azərbaycan qazının Türkiyə və Avropaya nəqli üçün böyük imkanlar açacaq.

Son.az xəbər verir ki, bunu Trend-ə türkiyəli ekspert Salih Yılmaz deyib.

O bildirib ki, TANAP-ın açılışı Türkiyənin enerji təhlükəsizliyini möhkəmləndirəcək:

"Türkiyə üçün layihə o baxımdan maraqlıdır ki, birincisi, ölkə ildə 6 milyard kubmetr Azərbaycan qazı əldə edəcək, ikincisi bu, tədarükün təhlükəsizliyini təmin edəcək. Bu layihə həm də Avropanın marağındadır".

Ekspertin sözlərinə görə, TANAP Azərbaycan, Türkiyə və Avropa İttifaqı arasında iqtisadi və siyasi əməkdaşlığın genişlənməsinə xidmət edəcək:

"Hesab edirəm ki, Azərbaycan TANAP və ümumilikdə Cənub Qaz Dəhlizi sayəsində Avropanın enerji təhlükəsizliyinin təmin olunmasına böyük töhfə verəcək. Ona görə də Trans-Anadolu qaz kəmərinin tikintisinin başa çatması TANAP Azərbaycan, Türkiyə və Avropa üçün tarixi hadisədir".