Gürcüstanın Qardabani rayonunda iki balıqçı itkin düşüb


Dünya 02 Dek 2019 14:18:12 132 0

Gürcüstanın Qardabani rayonunda iki balıqçı itkin düşüb

Gürcüstanda azərbaycanlıların yığcam yaşadıqları Qardabani rayonunda yerləşən Candargöldə iki balıqçı itkin düşüb.

Gürcüstanda azərbaycanlıların yığcam yaşadıqları Qardabani rayonunda yerləşən Candargöldə iki balıqçı itkin düşüb.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Fövqəladə Halların İdarə olunması Xidməti məlumat yayıb.

Güclü külək balıqçıların olduğu qayığı aşırıb.

Hazırda göldə xilasetmə qrupu iş aparır. İtkin düşən şəxslərin axtarışlarına helikopterin cəlb olunacağı istisna edilmir.