MSK Gəncədə polis üçün seminar keçirib - YENİLƏNİB


Siyasət 02 Dek 2019 13:58:00 153 0

MSK Gəncədə polis üçün seminar keçirib - YENİLƏNİB

Həmçinin seçki kampaniyası dövründə və seçkilərin keçirildiyi gün ictimai qaydanın təmin edilməsi ilə bağlı polis əməkdaşlarının hüquq və vəzifələri barədə məlumatıar verili

Gəncədə Mərkəzi Seçki Komissiyası (MSK) tərəfindən Polisin xidməti fəaliyyətinin daha da təkmilləşdirilməsinə həsr olunan seminar keçirilib.

"Report"un Qərb Mərkəzinin məlumatına görə,tədbirdə Mərkəzi Seçki Komissiyasının üzvləri Baxşeyiş Əsgərov və İlkin Şahbazov, Gəncə Şəhər Baş Polis İdarəsinin rəisi Əkbər İsmayılov və Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinin rəisi Hamlet Hümbətəliyev çıxış ediblər.

Seminarda seçkidən sonrakı dövrdə seçki bülletenlərini və digər seçki sənədlərinin Dairə və Mərkəzi Seçki Komissiyasına gətirilməsi zamanı təhlükəsizlik tədbirlərinin görülməsi, seçki subyektləri, onların hüquq və vəzifələri, seçki subyektlərinin fəaliyyətinin qanunsuz müdaxilənin yolverilməzliyi barədə danışılıb.

*** 11:19

GəncədəMərkəzi Seçki Komissiyası (MSK) tərəfindən Polisin xidməti fəaliyyətinin daha da təkmilləşdirilməsinə həsr olunan seminar keçirilir.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, Gəncə Şəhər Baş Polis İdarəsində keçirilən seminarda MSK, Daxili İşlər Nazirliyinin, rayon polis şöbələrinin nümayəndələri vəDairə Seçki Komissiyasıyaların sədrləri iştirak edirlər.

Seminarda seçki qanunvericiliyi, seçki komisiyasıyalarının sistemi, seçki prosesi, onun mərhələləri və müddətləri, seçki komissiyaları və polis orqanlarının fəaliyyəti barədədir.

Həmçinin seçki kampaniyası dövründə və seçkilərin keçirildiyi gün ictimai qaydanın təmin edilməsi ilə bağlı polis əməkdaşlarının hüquq və vəzifələri barədə məlumatlar verilir.

Şəkli yükləmək Şəklə tam ölçüdə baxmaq Arxiv şəklində yükləmək