Amaliya Pənahovanın sonuncu filmi nə vaxt yayımlanacaq? FOTO


Şou-biznes 02 Dek 2019 14:01:00 148 0

Amaliya Pənahovanın sonuncu filmi nə vaxt yayımlanacaq?  FOTO

Mərhum Xalq artisti Amaliya Pənahovanın rol aldığı son filmi "Şaman"ın aqibəti bəlli olub.

Bu barədə axşam.az-a ekran işinin rejissoru Aqil M. Quliyev danışıb.

O, əməkdaşımızla söhbətində bildirib ki, səkkiz ildir üzərində çalışdığı "Şaman" 2020-ci ildə tamaşaçıların ixtiyarına veriləcək:

"Filmdə müasir dünyadan kadrlar əlavə olunur. Proses hələ də davam edir. Gələn il təhvil verəcəm".