Bakıda kafedə baş verən silahlı insidentlə bağlı


Digərləri 02 Dek 2019 14:05:00 139 0

Bakıda kafedə baş verən silahlı insidentlə bağlı

Suraxanı rayonunda yerləşən kafelərin birində silahlı insident baş verib.

Daxili İşlər Nazirliyindən Son.az-a verilən məlumata görə, noyabrın 30-da saat 1 radələrində Suraxanı rayonunun Yeni Günəşli qəsəbəsi ərazisində yerləşən kafelərin birində 2 nəfər xuliqanlıq zəminində odlu silahdan açdıqları atəşlə Bakı şəhər sakini F.Zeynalovun əl nahiyəsinə xəsarət yetiriblər.

Xəsarət almış F.Zeynalova xəstəxanada ilkin tibbi yardım göstərilib.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 221-ci (xuliqanlıq) maddəsi ilə cinayət işi başlanıb.