"O şəxsləri aparıcı yox, veriliş aparanlar adlandırıram"


Digərləri 02 Dek 2019 14:10:00 108 0

"O şəxsləri aparıcı yox, veriliş aparanlar adlandırıram"

Yeganə övladım var. Qızım hazırda 32 yaşındadır.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, bu sözləri aparıcı Nərgiz Cəlilova "Fatehin divanı" proqramında söyləyib. O, verilişdə peşəsinin çətinliyindən, övladından və  xarici görünüşündən danışıb:

"Heç vaxt deyə bilmərəm ki, aparıcı olmağa nə var ki?! Aparıcı olmaq çox çətindir. Bəzən məndən nəsə soruşanda, o şəxsləri aparıcı yox, veriliş aparanlar adlandırıram. Özüm isə televiziyada idman yarışlarını izləyirəm. Böyük tennis, yüngül atletika və fiqurlu konki yarışlarını izləməyi sevirəm".

Bundan əlavə, N. Cəlilova cəmi bir filmə çəkildiyini qeyd edib: "Bir filmə çəkilmişəm. O da "Analar və laylalar"dır. Daha sonra dəvət etdilər, alınmadı. Yəqin ki, məni aktyor kimi görmədilər".