Azərbaycanda İİVlə yaşayan insanların təxminən 85%i müalicəyə cəlb olunub


Digərləri 02 Dek 2019 13:52:00 114 0

Azərbaycanda İİVlə yaşayan insanların təxminən 85%i müalicəyə cəlb olunub

Azərbaycanda ümumilikdə 2019-cu ilin dekabrın 1-nə qədər İİV-lə yaşayan insanların 85%-ə qədəri antiretrovirus (ARV) terapiya ilə təmin olunub.

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu 1 dekabr - Ümumdünya QİÇS-lə Mübarizə Günü ilə bağlı dəyirmi masada çıxış edən Respublika QİÇS-lə Mübarizə Mərkəzinin M onitorinq və qiymətləndirmə şöbəsinin müdiri Natiq Zülfüqarov deyib. Onun sözlərinə görə, 2006-cı ildən etibarən tətbiq edilən antiretrovirus terapiyaya hazırda 5741 İİV-lə yaşayan insan cəlb olunub. Onların 761 nəfəri bu ilin 11 ayı ərzində müalicəyə başlayıb :

"2018-ci ildən etibarən Səhiyyə Nazirliyinin dəstəyi ilə İİV infeksiyasının müalicəsində "Test-Treat" strategiyası tətbiq olunur. İİV-ə yoluxması təsdiq olunmuş hər bir vətəndaş qeydiyyata götürüldüyü gündən etibarən dərmanlar ilə təmin olunur".