Perinatal Mərkəzdə uşaq ölümü


Digərləri 02 Dek 2019 13:56:00 123 0

Perinatal Mərkəzdə uşaq ölümü

Sabirabad rayonunda uşaq ölümü baş verib.

Son.az APA-ya istinadən xəbər verir ki, hadisə Sabirabad Perinatal Mərkəzdə qeydə alınıb.

Belə ki, doğuşdan bir gün sonra Sabirabad rayon sakini, 2000-ci il təvəllüdlü Fətiyeva Hurə Arif qızının körpəsi ölüb.

Yaxınlarının bildirdiyinə görə, uşaq həkim səhlənkarlığı nəticəsində həyatını itirib.

Faktla bağlı araşdırmalara başlanılıb.