Rusiya XİN: Dağlıq Qarabağ münaqişəsi yalnız siyasi-diplomatik vasitələrlə həll oluna bilər


Digərləri 02 Dek 2019 13:11:45 83 0

Rusiya XİN: Dağlıq Qarabağ münaqişəsi yalnız siyasi-diplomatik vasitələrlə həll oluna bilər

"Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsində tərəflərə yardım etmək Rusiya xarici siyasətinin prioritetlərindən biridir və Rusiya prezidentinin diqqət mərkəzindədir"

"Rusiya Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə vasitəçilik səylərində fəal rol oynamağa davam edir".

"Report" xəbər verir ki, bu barədə xarici işlər naziriSergey Lavrovun Azərbaycana rəsmi səfəri ilə əlaqədarRusiya Xarici İşlər Nazirliyininyaydığı açıqlamasında bildirilib.

“Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsində tərəflərə yardım etmək Rusiya xarici siyasətinin prioritetlərindən biridir və Rusiya prezidentinin diqqət mərkəzindədir. Hesab edirik ki, münaqişə yalnız siyasi-diplomatik vasitələrlə, tərəflər arasında dialoq yolu ilə həll oluna bilər. Bundan sonra da həm ATƏT-in Minsk qrupu həmsədrlərinin tərkibində, həm də istər Azərbaycan, istərsə də Ermənistanla yaxın münasibətlərimizi nəzərə alaraq milli keyfiyyətdə həll yoluna töhfəmizi verməyə davam edəcəyik", - açıqlamada deyilib.