Qadın idman gimnastlarımız Polşadan medallarla qayıdır (FOTO)


Digərləri 02 Dek 2019 13:11:00 160 0

Qadın idman gimnastlarımız Polşadan medallarla qayıdır (FOTO)

30 noyabr-1 dekabr tarixlərində Polşanın Katoviçe şəhərində idman gimnastikası üzrə “Barborka Cup 2019” adlı beynəlxalq turnir keçirilib.

Bakı. 30 noyabr-1 dekabr tarixlərində Polşanın Katoviçe şəhərində idman gimnastikası üzrə “Barborka Cup 2019” adlı beynəlxalq turnir keçirilib. Trend-in məlumatına görə, turnirdə qadın idman gimnastikası üzrə təmsilçilərimiz Milana Minakovskaya, Nazənin Teymurova, Məryəm Musayeva və Duyğu Məcidzadə iştirak edib. Qzılar komandamızın hesabına 2 medal yazdırıblar. Gənclər yaş qrupunda çıxış edən Milana Minakovskaya rəqiblərini geridə qoyaraq 48,634 balla çoxnövçülükdə qızıl medal qazanıb və fəxri kürsünün ilk pilləsinə yüksəlib. Bu yaş kateqoriyasında iştriak edən daha bir gimnast Nazənin Teymurova isə yarışı 11-ci yerdə bitirib.