Rusiyalı ekspert: "Parlamentin buraxılması İlham Əliyevin hökumətdəki islahatlar xəttinin davamı olacaq" - ŞƏRH


Digərləri 02 Dek 2019 13:00:50 84 0

Rusiyalı ekspert: "Parlamentin buraxılması İlham Əliyevin hökumətdəki islahatlar xəttinin davamı olacaq" - ŞƏRH

"Yeni deputatlar Azərbaycan xalqının rifahı üçün çalışacaq"

"Son günlər Azərbaycanda aydın şəkildə ifadə olunan bütün islahatları Prezident İlham Əliyevin hökumətdəki islahatlar, hökumətin xalqla yaxın olması, məmurların sayının az, amma işlərinin daha səmərəli olmasını təmin etmək xəttinin davamı hesab edirəm. Bütün bunlar ölkənin iqtisadi və strateji təhlükəsizliyinin inkişafı üzrə ümumi strategiyaya uyğundur".

Bunu "Report"a rusiyalı ekspert Yevgeni Mixaylov hakim Yeni Azərbaycan Partiyasının Milli Məclisin buraxılması təşəbbüsünüşərh edərkən deyib.

Onun sözlərinə görə, bu proseslərin vacib elementi prezidentin başlatdığı xətti davam etdirmək üçün parlamentin öz-özünü buraxmaq istəyidir.

Ekspert bildirib ki,parlamentdə uzun müddətdir oturanlar "qocalıblar" və artıq müasir çağırışlara müvafiq şəkildə cavab verə bilmirlər, qərarlar qəbulunda daha az effektli olublar.

"Məhz buna görə də onlar belə qərar veriblər. Onlardan kimisə seçsələr, deməli, xalq onları layiqli sayıb. Əsas kütlə isə, fikrimcə, gedəcək. Onların əvəzinə təzə qüvvələr gələcək və yenilər Azərbaycan xalqının rifahı üçün çalışacaq", - Y.Mixaylov fikrini tamamlayıb.