Respublika QİÇS-lə Mübarizə Mərkəzi: İİV-ə yayılma göstəricisi cənub rayonlarında daha yüksəkdir


Digərləri 02 Dek 2019 12:55:00 127 0

Respublika QİÇS-lə Mübarizə Mərkəzi: İİV-ə yayılma göstəricisi cənub rayonlarında daha yüksəkdir

Azərbaycanda İİV-in yayılma göstəricisinin yüksək olduğu ərazilər əsasən cənub rayonlarıdır.

Bakı. İlhamə İsabalayeva - Azərbaycanda İİV-in yayılma göstəricisinin yüksək olduğu ərazilər əsasən cənub rayonlarıdır. Trend-in məlumatına görə, bunu Ümumdünya QİÇS-lə Mübarizə Günü ilə bağlı dəyirmi masada çıxış edən Respublika QİÇS-lə Mübarizə Mərkəzinin Monitorinq və qiymətləndirmə şöbəsinin müdiri Natiq Zülfüqarov deyib. Onun sözlərinə görə, cənub rayonlarında İİV-ə yoluxma göstəricisinin yüksək olmasının səbəbi ölkəyə qanunsuz narkotikin daha çox cənub sərhədindən keçirilməsi ilə bağlıdır. Cənub zonasında əhalinin say az olduğuna görə orada virusa yeni yoluxma faizi də yüksəkdir: "Azərbaycanda İİV-ə yoluxanların 23,6 faizi Bakıda yaşayır. Bakıda əhalinin sayı çox olduğu üçün hər 1000 nəfərə düşən İİV-ə yoluxma halı azdır". N.Zülfüqarov əlavə edib ki, İİV-ə yoluxma göstəricisi Şirvanda 52.9%, Hacıqabulda 31.2%, Astarada 26,4%, Lənkəranda 20.9%, Sumqayıtda 16.4%, Yevlaxda 14.2%, Mingəçevirdə 13.4%, Xızıda 11.3%, Göyçayda 10.8%-dir. İİV-ə yoluxmuş vətəndaşların 75.7 faizi regionlarda yaşayır.