Son 11 ayda uşaqlara ən çox qoyulan adlar açıqlanıb - SİYAHI


Sosial 02 Dek 2019 12:36:38 123 0

Son 11 ayda uşaqlara ən çox qoyulan adlar açıqlanıb - SİYAHI

Bu il Azərbaycanda uşaqlara ən çox qoyulan adların siyahısı açıqlanıb.

Bu il Azərbaycanda uşaqlara ən çox qoyulan adların siyahısı açıqlanıb.

Ədliyyə Nazirliyindən "Report"un sorğusuna cavab olaraq bildirilib ki, siyahıda uşaqlara ən çox qoyulmuş 10 ad yer alıb:

"Bu il yenidoğulan oğlan uşaqlarına ən çox qoyulan ad Yusifdir. Cari il ərzində2231uşağa Yusif adı qoyulub. Qız uşaqlarına ən çox qoyulan ad isə Zəhra olub. Belə ki, bu ad2259körpəyə qoyulub. Bu il2055uşağa Əli,1767uşağa Hüseyn,1424uşağa Nuray,1321uşağa Fatimə,1555uşağa Zeynəb,1429uşağa Aylin,1306uşağa Ömər və1453uşağa isə Məryəm adı qoyulub".

Eyni zamanda bildirilib ki, son beş ildəYusif adı14626 uşağa qoyulub. Zəhra adı14070, Əli adı11039, Hüseyn adı10602 və Nuray adı9909 uşağa qoyulub. Həmçinin son beş ildə8490 uşağa Fatimə adı,8437 uşağa Zeynəb adı,8042 uşağa Aylin adı,7927 uşağa Ömər,7785 uşağa isə Məryəm adı verilib.

"Report" uşaqlara ən çox qoyulmuş adların son beş il üzrəsiyahısını təqdim edir: