Afaq Bəşirqızından "millət vəkili" kampaniyasına reaksiya


Kriminal 02 Dek 2019 12:39:00 134 0

Afaq Bəşirqızından "millət vəkili" kampaniyasına reaksiya

Xalq artisti Afaq Bəşirqızının millət vəkili olması ilə bağlı sosial şəbəkədə kampaniya başlayıb.

Son.az axşam.az-a istinadən bildirir ki, bir çox tanınmış aktrisanın fotosunu yayımlayaraq, onu deputat kimi görməyi arzuladığını yazıb.

Əməkdar artist Xumar Qədimova Bəşirqızının fotosunu yayımlayaraq "Afaq Bəşirqızını millət vəkili görmək istəyirəm. Sizi də ona dəstək olmağa çağırıram. Çünki o xalqdan gələndir, özümüzdür" sözlərini qeyd edib.

Əməkdar artist Elza Seyidcahan da məsələ ilə bağlı "Əlbəttə ki, Afaq xanıma hamımız səs verərik. Çox istəyərik ki, millət vəkili seçilsin" paylaşımını edib.

Əməkdar artist Vasif Məhərrəmli də paylaşımında "Bilmirəm yazılanlar nə qədər həqiqətə uyğundur. Amma bilirəm ki, çoxdan bu xalqın sizin kimi dürüst qərəzsiz, ədalətli, millətini, dövlətini sevən birinə ehtiyacı var. Sizin əməlləriniz göstərir ki, siz xalqın vəkili kimi Milli Məclisdə bizi təmsil etməyə layiqsiniz" sözlərini vurğulayıb.